Kazemiro Realın təklifini rədd etdi | Icma.az
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro "Real"a qayıtmayacaq. QOL.az xəbər verir ki, bu barədə "Trivela" məlumat yayıb.
Braziliyalı futbolçu karyerasının hazırkı dövründə klubunu dəyişmək istəmir. O, Madrid təmsilçisinin təklifinə rədd cavabı verib.
Qeyd edək ki, bu mövsüm Kazemiro "qırmızı şeytanlar"ın heyətində bütün turnirlərdə 17 matça çıxıb, 3 qol vurub.
Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Kazemiro 2015-2022-ci illərdə "Real"da oynayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu