Kazım Qəribabadi: İran və Azərbaycan münasibətlərin inkişafı üçün dialoqu önəmli hesab edi…
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. İran və Azərbaycan münasibətlərin inkişafı üçün dialoqu önəmli sayır.
Oxu.Az xəbər verir ki, bu barədə "X" hesabında İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi paylaşım edib.
O bildirib ki, hər iki ölkə fikir ayrılıqlarının aradan qaldırılmasında dialoqu ən düzgün yol hesab edir.
Nazir müavini əlavə edib ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, Xəzər dənizi bölgəsində əməkdaşlıq, Cənubi Qafqazda sülh və sabitlik, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) çərçivəsində əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Onun fikrincə, İran və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş potensial mövcuddur.
O, dini, mədəni və qonşuluq əlaqələrinin əməkdaşlıq üçün mühüm imkanlar yaratdığını vurğulayıb.
Tərəflər bildiriblər ki, hökumətlər arasında yaranan fikir ayrılıqları münasibətlərin dərinləşdirilməsi ilə aradan qaldırıla bilər.
امروز با آقای خلف خلف اف، دستیار ویژه رئیس جمهور آذربایجان دیدار و گفتگو کردم.
Tam oxu
Xəbəri oxu