Kazım Səfabəxş və Saman Bidara qarşı saxta ittihamlar irəli sürülüb

08.05.2025

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2 may 2025-cü il cümə günü Qəzvinin Sərdar Azadeqan stadionunda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən “Traxtor” komandasının azarkeşi Kazım Səfabəxş və Ərdəbili Saman Bidara qarşı saxta ittihamlar irəli sürülüb.

Gunaz.tv

Fəalların ailələrinin verdiyi məlumata görə, Kazım Səfabəxş və Saman Bidar bəy Qəzvin Xalq və İnqilab Prokurorluğu tərəfindən "ictimai asayişi pozmaq" və "separatçı qruplara üzv olmaq" maddələri ilə ittiham olunublar.

Fəallara qarşı yönəldilmiş ittihamlar hələ dəqiqləşdirmə mərhələsində olsa da, təcrübə göstərir ki, son illərdə Azərbaycanın şəhərlərində həbs olunan fəallara qarşı adətən bu qəbildən olan saxta ittihamlar irəli sürülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью