Kazımov bank rəhbərləri ilə görüşüb

31.01.2025

Icma.az, Anews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Mərkəzi Bankında (AMB) yerli banklarla sektorun bu il üzrə hədəfləri müzakirə edilib. Bu barədə AMB-nin sədri Taleh Kazımov "X” sosial şəbəkəsindəki hesabında yazıb.

"2025-ci ilin sektorlar üzrə ilk görüşü ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə baş tutub. Görüş zamanı bank sektoru üzrə 2024-cü ilin yekunları, inkişaf perspektivləri və çağırışlar ətrafında fikir mübadiləsi apardıq. Həmçinin son makroiqtisadi meyillər, cari il üzrə hədəflər və digər mühüm məsələləri müzakirə etdik”, – Kazımov qeyd edib.


www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью