Kazımovanın albomunda Tünzalə sürprizi

21.07.2025

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kazımovanın albomunda Tünzalə sürprizi

Xalq artisti Aygün Kazımovanın estrada aləmində daha bir yenilik olacaq albomu üzərində hazırlıq işləri davam edir.

OLAY yazır ki, sənətkarın təqdim edəcəyi albomda məşhurlar onun 38 illik yaradıcılığında oxuduğu ən hit mahnıları səsləndiriblər.

Albomda yer alan daha bir ifaçının adı açıqlanıb. Xalq artisti Tünzalə Ağayeva Divanın sevilən mahnılarından birini oxuyub. Tünzalə bəstəni özünəməxsus formada səsləndirib. Mahnının adı isə sürpriz saxlanılır.

Qeyd edək ki, albomda 30-a yaxın sənətçi yer alıb. Onlar arasında Xalq artistləri, Əməkdar artistlər, gənc ifaçılar var.

Müğənnilərdən İradə İbrahimova Kazımova repertuarından iki mahnı oxuyub və albomuna da daxil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью