Kazinodan 1 milyon dollar udan qazaxıstanlı cütlük saxlanıldı SƏBƏB | Icma.az
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avstraliyanın Sidney şəhərindəki kazino¬da gizli kamera və qulaqcıqlardan istifadə edən qazaxıstanlı cütlük 1,18 milyon avstraliya dolları udub.
Lent.az xarici mediaya istinadla bildirir ki, Yeni Cənubi Uels polisinin məlumatına görə, 36 yaşlı qadın və onun 44 yaşlı əri qanunsuz yolla maliyyə gəliri əldə etməkdə ittiham olunaraq saxlanılıb.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər oyun masalarını gizlicə çəkmək üçün miniatür kameranı futbolkadakı Miki Maus şəkilli işarənin içində gizlədiblər.
Ötən həftə Kroun kazinosunun əməkdaşları qadının üzərində qadağan olunmuş cihazı görərək, polis çağırıblar.
Məlum olub ki, cütlük gizli yerləşdirilmiş qulaqcıqlar vasitəsilə bir-biri ilə əlaqə saxlayıb və müxtəlif kart oyunlarında necə mərc etməli olduqları barədə təlimat alıblar.
Nəticədə kazinonu aldadıblar. Onların mənzilində aparılan axtarış zamanı digər qumar avadanlığı, bahalı zinət əşyaları və 2000 avro tapılıb.
Məlum olub ki, cütlük bu ilin oktyabrında Qazaxıstandan Sidneyə gəlib və həmin gün kazino üzvlüyü üçün müraciət edib.
Tam oxu
Xəbəri oxu