Kazinyan həbs edilib

18.06.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Güclü Ermənistan" blokundan ("Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın partiyası) deputalığa namizəd David Kazinyan həbs edilib.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Aram Vardevanyan bildirib.

"Antikorrupsiya Məhkəməsi David Kazinyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Vəkil məhkəmənin qərarından şikayət etmək niyyətindədir", - o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası David Kazinyanı toxunulmazlıqdan məhrum edib.

Daha əvvəl vəkil D.Kazinyana qarşı cinayət işinin "rüşvət verməyə hazırlıq"la bağlı olduğunu bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью