KazMunayQaz Almatı hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək

30.01.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

"KazMunayQaz-Aero" MMC ("KazMunayQaz" şirkətinin törəmə müəssisəsi) bir sıra xarici hava daşıyıcılarının, o cümlədən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin təyyarələrinin yanacaqla təmin olunması üzrə müqavilələr imzalayıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, söhbət Almatı Beynəlxalq Aeroportunda təyyarələrin yanacaqla təminatı üzrə "SpaceBee Airlines", AZAL, "My Freighter Airlines", həmçinin "Easy Charter" şirkətləri ilə imzalanmış müqavilələrdən gedir.

"Əməkdaşlığın genişləndirilməsi isə aviasiya yanacağının qiymətinin azaldılması və Qazaxıstanın əsas hava qovşaqlarından birində xidmət şərtlərinin rəqabət qabiliyyətinin artırılması nəticəsində mümkün olub", - məlumatda qeyd edilib.

Şirkətdən bildirilib ki, beynəlxalq hava daşıyıcılarının cəlb edilməsi üzrə iş Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkənin tranzit potensialının inkişaf etdirilməsi üzrə tapşırıqları çərçivəsində aparılır.

Oxunub 14

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью