“KazMunayQaz” və Türkiyənin TPAO şirkəti Şimali Xəzərdə geoloji kəşfiyyat layihəsini müzakirə ediblər

03.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Astana, 3 fevral, AZƏRTAC

Türkiyənin “Turkish Petroleum Corporation” (TPAO) dövlət neft şirkətinin nümayəndə heyəti Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” ASC-yə səfər edərək ikitərəfli əməkdaşlığın gələcək planlarını müzakirə edib.

AZƏRTAC xəbər verir ki, “KazMunayQaz” Milli Şirkəti” ASC-nin məlumatına əsasən, görüş zamanı tərəflər Şimali Xəzərdə həyata keçirilən “Böyük Jambıl” geoloji kəşfiyyat layihəsinin praktiki icra mərhələsinə keçilməsi imkanlarını nəzərdən keçiriblər. Layihə çərçivəsində dərinliyi 4500 metr olan quyunun qazılması nəzərdə tutulur.

Daha əvvəl TPAO-nun mütəxəssisləri üçün ətraflı texniki sessiyalar keçirilib, “KazMunayQaz” Milli Şirkəti” ASC-nin perspektivli geoloji kəşfiyyat layihələri paketinin ətraflı öyrənilməsi məqsədilə “data-rum” məlumatlarına çıxış təmin edilib.

Aparılmış təhlilin nəticələrinə əsasən, Türkiyə tərəfi dərin texniki-iqtisadi qiymətləndirmə aparmaq üçün “Böyük Jambıl” ofşor layihəsinə fokuslanıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью