Icma.az, futbolpress-az portalına istinadən məlumat verir. Klublararası Dünya Çempionatının final görüşünü 81 118 azarkeş izləyib.
Futbolpress.az xəbər verir ki, “Çelsi”nin PSJ-ni məğlub etdiyi (3:0) final matçı “MetLife Stadium”da baş tutub və oyunu tribunadan 81 mindən çox fanat izləyib.
Bu, həm də turnirin ən yüksək göstəricisidir. KDÇ-də oyunlarda ortalama azarkeş sayı 39 557 olub. Ümumi rəqəm isə 2,49 milyondur.
Matçlarda arenaların 62 faizi dolub. Ən çox azarkeş “Real”ın, ən az isə “Urava”nın matçlarında qeydə alınıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.