KDÇ: “Real” heç heçə ilə başladı

19.06.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Real” Klublararası Dünya Çempionatında ilk oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Əl Hilal”la qarşılaşıb. Görüş bərabərliklə başa çatıb – 1:1.

“Real”ın qolunu Qonsalo Qarsiya vurub. Səudiyyə Ərəbistanı klubunda isə Ruben Neves fərqlənib.

“Real” qrupda “Əl Hilal”la yanaşı, “Zalsburq” (Avstriya) və “Paçuka” (Meksika) ilə mübarizə aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью