KDR də Ebola epidemiyası: 956 yoluxma, 247 ölüm

21.06.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Konqo Demokratik Respublikasında (KDR) Ebola ilə bağlı vəziyyət ağır olaraq qalır. Təsdiqlənmiş yoluxma hallarının sayı 956-ya, ölüm sayı isə 247-yə çatıb.

KDR Səhiyyə Nazirliyinin məlumatına görə, hazırkı epidemiyanın əsas mərkəzi olan İturi əyalətində son 24 saat ərzində 23 yeni yoluxma və 2 ölüm qeydə alınıb. Xəstəxanalarda 391 xəstə müalicə alır, 92 nəfər isə sağalaraq evə buraxılıb.

Ümumilikdə İturi bölgəsində 874 yoluxma və 201 ölüm faktı təsdiqlənib ki, bu da ölkə üzrə ümumi göstəricinin 91%-ni təşkil edir.

Nazirlik həmçinin bildirib ki, təmasların izlənməsi 69,3% səviyyəsindədir. Ümumdünya Səhiyyə Təşkilatı isə bu göstəricinin ən azı 95%-ə çatdırılmasını tövsiyə edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью