Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kəbə örtüsünə aid bəzi parçaların amerikalı iş adamı Ceffri Epşteyn tərəfindən evində xalça kimi istifadə olunması məqsədilə satın alındığı üzə çıxıb.
OLAY yazır ki, Aziza əl-Əhmədi 22 mart 2017-ci il tarixli elektron məktubunda Kəbə örtüsünün mənəvi əhəmiyyətindən bəhs edib. O, örtüyə təvaf zamanı ən azı 10 milyon müsəlmanın toxunduğunu, üzərində dualar, göz yaşları və ümidlər daşıdığını qeyd edib.
Bildirilir ki, sözügedən parçalar “LSJE LLC” şirkəti vasitəsilə Ceffri Epşteynin Sent-Tomas adasındakı evinə göndərilib.
Çatdırılmanın koordinasiyası Epşteynin yaxın çevrəsindən olan Dafni Uolles tərəfindən həyata keçirilib.
Abdullah əl-Maari Səudiyyə Ərəbistanı tərəfdə əlaqələndirməyə cavabdeh olub. Logistika, gömrük prosedurları və fiziki daşınma isə ayrıca bir şirkət tərəfindən icra edilib.