Kəbədə qalmaqal: Qadını hicabından dartıb apardılar Səbəb

27.03.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Müsəlmanların müqəddəs məkanı olan Kəbədə qəribə hadisə yaşanıb. Həcc ziyarəti üçün Məkkəyə gedən türk qadın xatirə saxlamaq məqsədilə Kəbənin örtüyünü qayçı ilə kəsməyə cəhd edib.
Demokrat.az xəbər verir ki, ətrafdakıların "Hacı, bu haramdır" xəbərdarlıqlarına məhəl qoymayan qadına dərhal təhlükəsizlik qüvvələri müdaxilə edib. Hadisə yerində çəkilən görüntülərdə kamuflyajlı mühafizəçilərin türk hacını hicabından tutaraq ərazidən uzaqlaşdırdığı və saxladığı əks olunub.
Müqəddəs məkanda baş verən bu hərəkət və polisin müdaxilə tərzi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью