Icma.az, 525.az portalına istinadən məlumat verir.
“Ermənistan İranla dostluq münasibətlərini qorumaq niyyətindədir, lakin ölkənin özünün sanksiyalara məruz qalma riskini yaradan həddi keçməyəcək”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tehrana qarşı tətbiq edilən yeni məhdudiyyətləri şərh edərkən bildirib.
“Biz sanksiyalar paketini öyrənirik. Bütün tərəfdaşlarımızla, xüsusilə də dost ölkələrlə münasibətlərin belə qalması üçün əlimizdən gələni edəcəyik. Lakin keçə bilməyəcəyimiz bir xətt var - Ermənistanın özünün sanksiyalara məruz qalması riski”, - Paşinyan deyib.
Onun sözlərinə görə, belə bir risk yaranacağı təqdirdə, İrəvan müvafiq qərar qəbul etməli olacaq.
Pərvanə Sultanova