Keçən ay mal və xidmətlərin qiymıti artıb

01.12.2025

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


2025-ci ilin noyabr ayında Özbəkistanda istehlak qiymətləri indeksi ötən ilin eyni ayı ilə müqayisədə azalaraq 7,5% təşkil edib.
Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, 2025-ci ilin noyabr ayında istehlak sektorunda mal və xidmətlərin qiymətləri orta hesabla 0,7% artıb.
İllik istehlak qiymətləri indeksi (İQİ) 107,5% təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,5 faiz bəndi azalıb (2024-cü ilin noyabrı - 110,0%).
Noyabr ayında ərzaq qiymətləri orta hesabla 1,0%, qeyri-ərzaq malları 0,5%, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 0,3% artıb.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью