Keçən il ərzində qeydə alınmış cinayət hadisələri üzrə zərərçəkən qadınların sayı açıqlanıb

21.05.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2024-cü il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 22 325 zərərçəkmiş şəxsin 7 130-u qadın olub.

Oxu.Az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında əksini tapıb.

Qeyd olunub ki, zərərçəkmiş qadınlardan 3 059-u xəsarət alıb, 268-i isə ölüb.

Müqayisə üçün bildirilib ki, 2023-cü ildə 24 287 zərərçəkmiş şəxsin 7 134-ü qadın olub. Zərərçəkmiş qadınlardan 2996-sı xəsarət almış, 296-sı ölmüşdü.

2024-cü il ərzində məişət zorakılığı ilə bağlı baş vermiş cinayət hadisələri üzrə 1 471 (2023-cü ildə -1 513) zərərçəkmiş şəxsdən 1 228-i (2023-cü ildə - 1 224) qadın olub, onlardan 1 196-sı (2023-cü ildə 1 173-ü) xəsarət alıb. 2024-cü ildə 22 485 cinayət törətmiş şəxs müəyyən edilib ki, onlardan 1 235-i qadındır.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью