Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci il ərzində mediatorlar tərəfindən ümumilikdə 8.133 barışıq sazişi imzalanıb ki, bu da təhlil olunan bütün indikatorlar üzrə 47.4% uğurlu nəticə deməkdir.
Əldə edilən barışıqlardan 7.394 barışıq ailə, 434 barışıq əmək, 42 barışıq kommersiya, 257 barışıq mülki mübahisələrlə bağlı müraciətlər üzrədir.
Bakı şəhərindən 4 müraciət, Goranboy rayonundan 2 müraciət olmaqla, ümumilikdə 6 müraciət isə probasiya nəzarətində olan şəxslərin barışdırılması ilə nəticələnib.
Probasiya nəzarətində olan şəxslərin işləri üzrə uğurlu barışıq sazişləri sahəsində nailiyyət Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə birlikdə əməkdaşlıq nəticəsində baş tutub.Newscenter.az xəbər verir ki, bu barədə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovun rəhbərlik etdiyi qurum barədə verdiyi hesabatda qeyd edilib.
Nadir Adilovun sözlərinə görə, 2025-ci il ərzində mediasiya təşkilatlarına ümumilikdə 49.532 müraciət daxil olub.
Daxil olan müraciətlərdən 44.451 müraciət ailə mübahisələri, 4.136 müraciət əmək mübahisələri, 157 müraciət kommersiya mübahisələri, 781 müraciət isə mülki mübahisələr üzrədir.
Həmçinin 2025-ci il ərzində 1 inzibati və 6 probasiya nəzərətində olan şəxslərin mübahisələri üzrə mediasiyaya müraciət olunub.Daxil olan müraciətlərdən 49.494 müraciət tamamlanıb.