Keçən il mina qurbanlarının sayı nə qədər olub? Rəsmi

27.01.2025

Icma.az, Anews saytına istinadən bildirir.

Azərbaycanda 2024-cü il 41 nəfər mina qurbanı olub. Bu barədə Baş prokuror Kamran Əliyev 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiyasında bildirib. 

O bildirib ki, qurbanların 5 nəfəri həlak olub, 36 nəfəri isə yaralanıb. 

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanda 382 nəfər mina qurbanı olub. Onların 70-i ölüb, 312 nəfəri isə müxtəlif dərəcəli xəsarət alıb. 

Azərbaycan dünyada minaların sayına görə ilk 10-luqda qərarlaşan ölkələrdəndir. 

Avropada isə minaların sayına görə üçüncü ölkə kimi tanınır. 

Gülnar 


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью