Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi | Icma.az
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. MİT başqanı İbrahim Kalının Dəməşqə səfəri əhəmiyyətlidir.
Bu, Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İ.Kalının Dəməşqə səfəri haqda bildirib.
O qeyd edib ki, Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib: “Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir.
Ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var.
Suriyanın milli pulu o qədər dəyərdən düşüb ki, Dəməşqdə Türkiyə lirəsi işlənir.
Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib. Bu, Türkiyənin də xeyrinədir.
Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq.
Tam oxu
Xəbəri oxu