Keçid balları necə formalaşacaq? Elçin Əfəndi AÇIQLADI

06.07.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"5 iyul tarixində 2026-cı il məzunları üçün blok imtahanlarının ikinci və son cəhdi keçirildi. Şagirdlərin əksəriyyəti imtahanın birinci cəhdlə müqayisədə daha asan və əlçatan olduğunu bildirdi. Düzdür, tarix fənni ilə bağlı çətinlik yaşadıqlarını deyənlər də var idi. Lakin ümumilikdə, ikinci cəhddə daha yüksək nəticə göstərən abituriyentlərin sayı çoxdur. Bu da birinci cəhdlə müqayisədə ümumi nəticələrin daha yaxşı olacağını deməyə əsas verir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi səsləndirdi.

Müsahibimiz "blok imtahanlarında, istər birinci, istərsə də ikinci cəhddə maksimal nəticə göstərən olmasa, bu, ümumi keçid ballarına təsir edə bilərmi" sualına da aydınlıq gətirdi:

"Mən hesab edirəm ki, bir və ya iki nəfərin 700 bal toplaması, yaxud toplamaması ümumi keçid ballarına ciddi təsir göstərmir və göstərməməlidir. Əsas göstərici ümumi iştirakçıların nəticələridir. Məsələn, iştirakçıların əksəriyyəti 350 baldan yuxarı nəticə göstəribsə, bu, keçid ballarının yüksəlməsi ehtimalını artırır. Əksinə, cəmi bir-iki nəfər 700 bal toplayıb, qalanların böyük hissəsi 200 bal ətrafında nəticə göstəribsə, bu, ümumi mənzərə baxımından uğurlu nəticə sayıla bilməz. Ona görə də diqqət yalnız maksimal nəticə göstərən bir-iki nəfərə deyil, ümumi statistik göstəricilərə yönəlməlidir. Şərti olaraq 700 bal sistemində orta hədd kimi qəbul edilən 350 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı nə qədər çox olarsa, ümumi nəticələr də bir o qədər qənaətbəxş hesab edilə bilər. Əsas məqsəd odur ki, kütləvi şəkildə daha çox abituriyent 400 və 500 baldan yuxarı nəticə əldə etsin. Məhz belə mənzərə ölkədə təhsilin keyfiyyətinin yüksəldiyini və gələcək akademik göstəricilərin daha da yaxşılaşacağını göstərən əsas meyardır".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью