Keçid ballarına təsir edən əsas amillər AÇIQLAMA

01.09.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər il keçid ballarının hər il müxtəlif səbəblərdən dəyişdiyinin şahidi oluruq.

Bu dəyişikliklər müxtəlif səbəblərdən baş verə bilər.

Bəs gələn il keçid ballarında artım, yoxsa azalma gözlənilir? 

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, keçid ballarının qalxmasına və ya düşməsinə müxtəlif amillər təsir göstərir:

“Əgər buraxılış və ya blok imtahanlarının sualları çətin olarsa, avtomatik olaraq ballar düşür. Çünki suallar çətin olduqda abituriyentlər yaxşı nəticə göstərə bilmir və bu da balların aşağı düşməsinə gətirib çıxarır. Suallar asan olduğu təqdirdə isə ballar qalxır. Çünki əksəriyyət yaxşı nəticə göstərir və ballar yüksəlir.

İkinci amil verilən plan yerləridir. Plan yerləri azalırsa, balların qalxması müşahidə olunur. Plan yerlərinin sayı çoxalarsa, balların düşməsi baş verir.

Üçüncü amil dövlət sifarişli ixtisasların plan yerləridir. Dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin artması və ya azalması, əlbəttə ki, balların qalxmasına və ya düşməsinə müəyyən qədər təsir göstərir.

Yəni bu amillər nəzərə alınaraq, plan yerlərində ümumi tarazlıq, plan yerlərinin artıb-azalması, eləcə də imtahan suallarının nəticələri və abituriyentlərin öz potensialı rol oynayan amillərdir. Yüksək bal toplayanların sayı çox olduğu təqdirdə ballar qalxır, yüksək bal toplayanların sayı az olduğu təqdirdə isə ballar düşür.

Məsələn, bu il bunun nümunəsini gördük. Dördüncü qrupda 600-dən yuxarı bal toplayanların sayı çox olduğu üçün tibb ixtisaslarında ballar qalxdı. Amma üçüncü qrupda yüksək bal toplayanların sayı az idi. Ona görə də hüquq ixtisaslarında ballar düşdü. Yəni bu, qeyd etdiyimiz müxtəlif amillərlə əlaqədardır.

Ona görə də indidən qərar vermək olmur. Çünki gələn il üçün plan yerləri hələ müəyyənləşdirilməyib, eləcə də imtahanlar keçirilməyib. İmtahan suallarının necə olacağını gələn il müşahidə edəcəyik”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью