Keçid ballarının necə formalaşacağına proqnoz vermək mümkün deyil

30.07.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Keçid ballarının necə formalaşacağına dair dəqiq proqnoz vermək mümkün deyil”.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov deyib.

Onun sözlərinə görə, bu ballar abituriyentlərin bal bölgüsü və plan yerlərinin sayı əsasında müsabiqə nəticəsində müəyyənləşir. 

“Ən çox maraq doğuran sahələrdən biri yenə də informasiya texnologiyaları və informasiya təhlükəsizliyi ixtisaslarıdır. Bu istiqamətdə əvvəlki illərdə olduğu kimi bu il də yüksək rəqabət müşahidə olunur”.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью