Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonu, Ramiz Quliyev küçəsində qayda pozan piyada avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarıb 29-da saat 13:28 radələrində qeydə alınıb.
Kadrlardan aydın olduğu kimi, sürücü piyada keçidində dayanan şəxsi görərək hərəkətini saxlayıb və ona yol verib. Lakin gənc oğlan əliylə sürücüyə işarə edərək yolu keçməyəcəyini bildirib. Nəticədə o, sürücünün boşuna dayanmasına səbəb olub.
Qeyd edək ki, bu hal sürücülərin hərəkətini ləngitməklə yanaşı onlarda çaşqınlıq yarada bilər. Eyni zamanda belə vəziyyət piyadalara da təhlükə yarada bilər. Hər bir piyada avtomobillərin dayandığına əmin olduqdan sonra keçiddən istifadə etməlidir.
Nərmin
Oxunub 224