Keçiddən keçən piyadanı görməzdən gəlib sürüb getdi 77 XK 149 VİDEO

02.06.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Nərimanov rayonunda yol hərəkəti qaydasını pozan sürücü avtomobil kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 28-də saat 19:36 radələrində Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə dönən yolda qeydə alınıb.

Belə ki, görüntünü qeydə alan avtomobilin sürücüsü nizamlanmayan piyada keçidində hərəkəti dayandıraraq piyadalara yol verib. Bu zaman sol zolaqla hərəkətdə olan 77-XK-149 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü isə piyadaların yoldan keçməsinə məhəl qoymadan hərəkətini davam etdirib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, sürücülər nizamlanmayan piyada keçidinə yaxınlaşarkən yolu keçən piyadalara yol verməlidir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью