Keçiddən keçən piyadanı gözardı edib üstünə sürdü 99 QE 570 VİDEO

24.06.2026

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paytaxtın Vaqif prospektində piyadaya yol verməyən sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 23-də saat 06:29 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 99-QE-570 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü piyada keçidindən istifadə edən şəxsi gözləmədən hərəkətini davam etdirib.

Xoşbəxtlikdən piyada diqqətli davranaraq yaxınlaşan nəqliyyat vasitəsini vaxtında görüb dayanıb. Bununla da baş verəcək yol-nəqliyyat hadisəsinin qarşısı alınıb.

Qeyd edək ki, sürücülər bir yoldan digərinə dönərkən həmin istiqamətdə hərəkət edən piyadalara yol verməlidirlər.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью