Keçidi bəyənməyən qadın maşınların arası ilə hərəkət etdi VİDEO | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumat verir. Bakıda xanım piyadanın hərəkəti sürücülərə təhlükə yaradıb.
Avtosfer.az xəbər verir ki, hadisə aprelin 3-də, paytaxtın Abdulla Şaiq küçəsində qeydə alınıb.
Belə ki, 20 metr qarşıda nizamlanan piyada keçidinin olmasına baxmayaraq, qadın yolu müəyyən olunmayan yerdən keçməyə qərar verib.
Bu azmış kimi, üstəlik hərəkətdə olan avtomobillərə də məhəl qoymayıb.
Videodan da göründüyü kimi o, avtomobillərin qarşısına çıxaraq həm öz həyatını təhlükə altında qoyub, həm də sürücülərin hərəkətinə maneə yaradıb.
Fərid Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu