Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Keçiddən keçməyən piyadanı avtomobil vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində baş verən hadisə müşahidə kamerasına düşüb. Məlumata görə, 56 yaşlı sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olan zaman piyada keçidinin 10 metrliyindən yolu keçməyə çalışan 63 yaşlı qadını vurub. Zərbənin təsirindən qadın bir neçə metr havada uçaraq asfalta çırpılıb. Qəza nəticəsində yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:
Namiq Musayev