Keçidin üstündə dayanan sürücü piyadaların yolunu kəsdi VİDEO

31.01.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda yol hərəkəti qaydasını pozan sürücü piyadaların hərəkətinə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 24-də, paytaxtın Dilarə Əliyeva küçəsində baş verib.

Belə ki, 90-NC-890 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü tıxac vaxtı piyada keçidinin üzərində dayanıb. Bu zaman hərəkət edən piyadaların yolunu kəsərək onlara maneə yaradıb.

Qeyd edək ki, tıxac zamanı sürücülər elə dayanmalıdırlar ki, keçidin üzərini zəbt etməsinlər. Kəsişmə yerləri, yolayrıcları boş saxlanıldığı kimi, piyada keçidlərində də bu qaydaya əməl etmək vacib hesab olunur.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью