Keçirilən hərracda 9 avtomobil satıldı

23.10.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 20-də növbəti hərrac təşkil olunub.

“Yeni Sabah” xəbər verir ki, hərracın nəticələrinə əsasən, dövlət mülkiyyətində olan 9 nəqliyyat vasitəsi özünə yeni sahib tapıb. Müsabiqə zamanı nəqliyyat vasitələrinə maraq böyük olub və alıcılar tərəfindən start qiymətlərindən daha yüksək təkliflər irəli sürülüb. Belə ki, ilkin satış qiyməti 3 800 manat təyin olunan “Volkswagen Passat” markalı avtomobil 4 700 manata, start qiyməti 1 900 manat olan “Chevrolet Niva” isə 3 019 manata özgəninkiləşdirilib.

Özəlləşdirilən nəqliyyat vasitələrinin tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet resursu vasitəsilə tanış olmaq mümkündür. Sezar pizza

Qurumdan bildirilib ki, cari ayın növbəti nəqliyyat hərracı oktyabrın 27-də baş tutacaq. Hərraclarda iştirak etmək və təqdim olunan əmlakları nəzərdən keçirmək istəyən şəxslər “www.emlak.gov.az” və “www.auksion.gov.az” rəsmi portalları üzərindən seçim edə bilərlər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью