Keçmiş aparıcının ölümü: Cinayət işi açıldı

23.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Keçmiş aparıcı Ada Süleymanovanın öldüyü yol qəzası ilə bağlı cinayət işinin icraatına başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə ekspertizalar təyin edilib.

Xatırladaq ki, qəza Lökbatan qəsəbəsi ərazisində baş verib. Sürücüsü Anar Kərimov və Ada Süleymanovanın meyitləri deformasiyaya uğramış "VOYAH" markalı minik avtomobilindən çıxarılıb. Bakıda online alış-veriş

A.Süleymanova ARB TV-nin keçmiş aparıcısı olub. O, doğum gününü qeyd etdikdən sonra evə qayıdırmış.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью