Keçmiş arvadı ilə mübahisə edən ər qayınını və baldızını bıçaqladı

17.09.2025

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Sentyabrın 16-da axşam saatlarında Cəlilabad rayonunun Pərdi kəndində 36 yaşlı Qulaməli Əmənovla keçmiş həyat yoldaşı və qohumları arasında münaqişə baş verib. 

Adalet.az-ın əldə etdiyi məlumata görə, Q.Əmənov münaqişə zəminində keçmiş həyat yoldaşı Ə.Quliyevaya, onun qardaşı və bacısına bıçaqla yüngül xəsarətlər yetirib. Xəsarətləri əsasən əl və qol nahiyələrindən aldıqları bildirilir. 

Hadisəni törədən Q.Əmənovun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью