Keçmiş arvadını öldürüb intihar etdi

04.12.2024

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

Keçmiş arvadını öldürüb intihar etdi

Osmanqazi rayonunda bu gün səhər saatlarında cinayət hadisəsi baş verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Yücel Kəmlekin adlı kişi əvvəllər dini nikahda yaşadığı Selma Tarcanı güllələyərək öldürüb.

Belə ki, aşpaz köməkçisi işləyən qadın səhər saatlarında evindən çıxıb və dayanacaqda avtobus gözləyib. Bu zaman Yücel Kəmlekin onun yanına gəlib və mübahisə etməyə başlayıb. Getdikcə əsəbiləşən Yücel silahını çıxararaq qadına 8 güllə vurub. Daha sonra isə eyni silahla intihar edib.

Ətrafdakıların məlumatı ilə hadisə yerinə polis və təcili tibbi yardım sövq edilib. Meyitlər tibbi ekspertizaya göndərilib.

Bursa Respublika Prokurorluğu hadisə ilə bağlı istintaq başladıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью