Keçmiş arvadını xəstəxanda öldürdü

21.05.2025

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə xəstəxanaların birində işləyən Eser Karaca (42) adlı qadının ayrıldığı əri A.A onun yanına gələrək ov tüfəngi ilə E. Karacaya atəş açıb.

News24.az xəbər verir ki, Karacaya xəstəxanada ilkin tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb.

Keçmiş həyat yoldaşı tapançanı hadisə yerinə ataraq qaçıb. Əraziyə çoxlu sayda polis qrupları göndərilib. Polis tez bir zamanda keçmiş əri saxlayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Günel Məlikzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью