Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Quba rayonunda 48 yaşlı kişi keçmiş arvadının sevgilisinə xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba şəhəri, Fətəlixan küçəsində baş verib.
1978-ci il təvəllüdlü Ehtiram həmin küçədə yerləşən “Legion” marketin arxasında həmyerlisi Muradla (adlar şərtidir – red.) mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı onun üz nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib.
Ehtiramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ehtiram bildirib ki, 2009-cu ildə Kifayət ilə ailə qurub və həmin nikahdan 2 övladı var:
“2026-cı ilin əvvəllərində bizim münasibətimiz pozuldu. Buna səbəb isə Kifayətin mənimlə yaşamaq istəməməsi olub. Buna görə də o, məndən ayrılaraq atasının evində yaşamağa başladı. Mən də Kifayətin ayrılmasına səbəb kimi onun başqa şəxslə görüşməsi barədə şübhələrimi görürdüm. Bir müddət əvvəl Muradla Kifayətin münasibəti olduğunu eşitdim. Hətta bir dəfə qayınatamın evinə gedən zaman Murad mənim gəldiyimi görərək evdən qaçaraq getdi. Bununla bağlı görüntülər də mövcuddur”.
Təqsirləndirilən şəxs deyib ki, sonradan şəxsin işlədiyi yerdə aralarında yaranmış mübahisə zamanı Murada xəsarət yetirib. O, özünü ittiham üzrə təqsirli bildiyini, əməlindən peşman olduğunu söyləyib.
İş üzrə zərərçəkmiş Muradın sözlərinə görə, onun Ehtiramın arvadı ilə heç bir münasibəti olmayıb:
“Həmin gün mənim Kifayətin atasıgilin evi tərəfdə başqa işim olub. Verdiyim telefonun dəyərini almaq üçün getmişdim. Mən ümumiyyətlə Kifayəti tanımıram. Ehtiram isə heç bir sorğu-sual etmədən üz nahiyəmə yumruqla vurub. Nəticədə burnum qırılıb”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Ehtiram aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 10 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Fariz Məlikli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba şəhəri, Fətəlixan küçəsində baş verib.