Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az-ın xəbərinə görə, şirkət hər birinin ticarət qiyməti 100 manat olan 10 min ədəd istiqraz buraxır.
İstiqrazların illik gəlirlilik faizi 15%, tədavül müddəti isə 7 ildir.
Qiymətli kağızların satışı üzrə hərrac sentyabrın 18-də Bakı Fond Birjasında baş tutacaq.
Qeyd edək ki, “GL” ASC-nin 100%-lik səhmdarı Fərman Quliyev 2016-cı ildə lisenziyası ləğv edilən “Parabank” ASC-nin sahibi Eldar Quliyevin oğludur. Ata və oğul hazırda “Para” BOKT-nin əsas səhmdarlarındandırlar.
E.Quliyevin digər oğlu Vəli Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisidir.
Könül