Keçmiş baş nazir film və serial istehsal edən şirkət qurdu

12.09.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Kanadanın keçmiş Baş naziri Castin Trüdo filmlər, seriallar və digər əyləncəli proqramlar istehsal edən bir şirkət təsis edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

Yeni şirkət “Hope and Hard Work” (“Ümid və Gərgin Əmək”) adlanır. Bu ifadə siyasətçinin öz çıxışlarında tez-tez istifadə etdiyi bir ifadədir.

Trüdo bu biznesi uzun müddət onun aparat rəhbəri vəzifəsində çalışmış Keti Telfordla birlikdə qurub. Şirkət bildirib ki, o, insanların film, televiziya, audio və canlı layihələr vasitəsilə bir-birini “görməsinə, anlamasına və aralarında bağlılıq hiss etməsinə” kömək edən hekayələr vasitəsilə onları bir araya gətirməyi hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью