Keçmiş baş nazir xələfini məhkəmə ilə hədələdi

09.01.2025

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass ölkənin hazırkı baş naziri Keir Starmeri məhkəməyə ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Keçmiş baş nazir bildirib ki, Starmer onu iqtisadiyyatının çökməsində günahlandırmağa davam edərsə, məhkəməyə müraciət edəcək.

Liz Trass cəmi 49 gün baş nazir vəzifəsində çalışıb. İqtisadi planı funtun çökməsinə səbəb olduqdan sonra o, istefa verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью