​Keçmiş baş nazirin qardaşı həbs edildi Nədə ittiham olunur?

18.09.2026

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan təhlükəsizlik qüvvələri keçmiş baş nazir Ovik Abramyanın qardaşı Henrix Abramyanı saxlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Məlumata görə, o, fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi əsasında həbs edilib.

Bundan öncə, avqustun 9-da Ovik Abramyanın oğlu Arqam Abramyan da iki ay müddətinə həbs edilib. Ona sifarişli qətl törətməyə təhrik etmə maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Abramyan Nikol Paşinyan hakimiyyətə gəlməzdən əvvəl - 2014-cü ildən 2016-cı ilə qədər baş nazir vəzifəsində çalışıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью