Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni qətlə yetirməkdə ittiham olunan 41 yaşlı Tetsuya Yamaqami ömürlük həbs cəzasına məhkum edilib.
Axar.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb. Təqsirləndirilən şəxs əməlini etiraf edib.
Xatırladaq ki, S.Abeyə qarşı sui-qəsd 8 iyul 2022-ci ildə, parlamentin yuxarı palatasına seçkilər ərəfəsində Nara şəhərində seçki kampaniyası çərçivəsində çıxış edərkən baş verib.
Qatil əldəqayırma odlu silahla keçmiş baş nazirə iki dəfə atəş açmışdı.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.