Keçmiş Baş Qərargah rəisi Netanyahunun həbsini tələb etdi

15.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

İsrailin keçmiş Baş Qərargah rəisi Dan Halutz açıqlamaları ilə diqqət çəkib.

"Unikal" İsrail mətbuatına istinadən xəbər verir ki, o, açıqlamasında baş nazir Benyamin Netanyahunu "düşmən" adlandırıb və  həbsini tələb edib. 

Halutzun açıqlamaları İsraildə müzakirələrə səbəb olub. Bunun fonunda baş nazir Netanyahunun "Likud" partiyası yazılı açıqlama yayıb. 

"Halutzun ölkə tarixinin ən uğursuz baş qərargah rəisi olduğu" iddia edilən açıqlamada, "Bu, ifadə azadlığı deyil. Bu, demokratiyaya qarşı təhrikdir, ifrat solçuların baş nazirə qarşı sui-qəsd cəhdlərini təşviq edir", - ifadələri qeyd olunub. 

Gülayə Mecid


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью