Keçmiş baş redaktora yeni vəzifə verildi

29.04.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Sara Əzimovaya yeni vəzifə verilib.

Modern.az xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumda mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Sara Əzimova bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, aprelin 17-də Sara Əzimova öz ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsindən azad edilib.(APA)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью