Keçmiş bələdiyyə sədri 6 il 3 ay azadlıqdan məhrum edildi

29.01.2026

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Neftçala bələdiyyəsinin keçmiş sədri Rövşən Quliyevin cinayət işi üzrə təkrar apellyasiya baxışı yekunlaşıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Rövşən Quliyev 1 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 1 il 8 ay 22 gün müddət təyin edilmiş cəzadan çıxılıb və  üzərində qəti olaraq 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il 3 ay 8 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Rövşən Quliyev Neftçala Rayon Prokurorluğuna Neftçala Rayon Bələdiyyəsində müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı üzrə başlanmış cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə ittiham elan edilib. 

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesi faktiki olaraq Rövşən Quliyevin xeyrinə yekunlaşıb. Yəni, o, həbsdən kənarda qalıb. 

Dövlət ittihamçısı apellyasiya protesti versə də, təmin olunmayıb. Kassasiya protesti nəticəsində isə iş təkrar baxış üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib və protest qismən təmin olunub. 

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью