Keçmiş bələdiyyə sədrinə hökm oxundu FOTO

11.04.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.

Bakupost.az -ın Modern.az-a istinadən məlumatına görə, keçmiş bələdiyyə sədri Lənkəran rayon Məhkəməsi tərəfindən 3 il müddətə azadlığın məhdudlaşdırılması, 3 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, A.Mirzəyeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3- cü (Mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz işindən istifadə edərək törədildikdə),179.2.4-cü (Mənimsəmə və ya israf etmə xeyli ziyan vurmaqla törədildikdə), 308.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitdən təyinatı üzrə istifadə edilməməsi) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью