Keçmiş “Beşiktaş”lıdan gözlənilən keçid

07.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Atalanta”nın hücumçusu Əl-Bilal Ture karyerasını A Seriyasında davam etdirəcək. “Parma” 24 yaşlı forvardın transferini rəsmən elan edib.

Futbolpress.az İtaliya mətbuatına istinadən xəbər verir ki, müqavilədə 10 milyon avroluq satınalma bəndi və “növbəti satışdan 10 faiz pay” maddəsi yer alıb.

Müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə, bu bənd məcburi satınalmaya çevriləcək. “Parma” icarə haqqı olaraq “Atalanta”ya 1,5 milyon avro ödəyib.

2023-cü ildə “Almeriya”dan 30 milyon avro qarşılığında “Atalanta”ya keçən Ture ötən mövsüm icarə əsasında çıxış etdiyi “Beşiktaş”ın heyətində 22 matçda meydanda olub, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью