Keçmiş deputat 96 yaşında vəfat etdi

04.04.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Sosialist Əməyi Qəhrəmanı, iqtisad elmləri namizədi Tamara Hümbətova bu gün 96 yaşında vəfat edib.

Bu barədə Bakupost.az -a mərhumun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Tamara Əhməd qızı Hümbətova 25 dekabr 1929-cu ildə Gəncədə anadan olub.

Onun Gəncə rayon partiya komitəsinin səhiyyə şöbəsinin müdiri olan atası qızı 6 aylıq olarkən atışmada həlak olub.

Tamara Hümbətova Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib.

1961-ci ildən Azərbaycan Kommunist Partiyası Kirovabad (Gəncə) şəhər komitəsi təşkilat şöbəsi müdirinin kənd təsərrüfatı işləri üzrə müavini, sonralar Respublika KP MK-nın inspektoru olub.

1974-cü ildə İsmayıllı Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilib.

1975-1983-cü illərdə Abşeron rayon Partiya Komitəsinin l katibi vəzifəsində işləyib, 9, 10, 11-ciçağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Zaur,BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью