Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib, onun ölkə başçısına müraciəti dinlənilib və prokuror 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Hakim məhkəməyə müraciət daxil olduğunu və bu səbəbdən məhkəmə istintaqının yenidən başladığını elan edib.
O, həmçinin Hüseyn Abdullayevin Azərbaycan prezidentinə ədalətli məhkəmə araşdırması aparılması üçün müraciət etdiyini bildirib.
Həmin müraciətin bir nüsxəsi məhkəməyə təqdim olunub. "Sizin mənim bu illəri dörd divar arasında necə keçirdiyimdən, hansı əziyyətləri çəkdi
Təəssüf ki, haqqımda sizə verilən yalan məlumatlar nəticəsində mən və ailəm bu sınaqlara məruz qaldıq.
Mənim mühacirətdəki həyatım ağrılar və əzablarla dolu ən çətin dövrüm oldu.
Daha sonra mən Türkiyədə həbs edildim, Azərbaycana ekstradisiya olundum və altı il həbsdə qaldım – bu, həyatımın ən qaranlıq dövrü oldu.