Keçmiş deputat olan kriminal avtoritet saxlanıldı VİDEO

18.07.2025

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Sverdlovsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları Deqtyarsk administrasiyasına problemlərin həllində köməklik göstərən kriminal avtoritet İlya Xisamovu saxlayıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, Xisamov meriyanın göstərişlərinə əməl etmək istəməyən bir çox sahibkarı hədələyirmiş. Bu hədələr arasında iş adamlarını döymək, maşınlarını yandırmaq, işlərinə qarışmaq və s. var. Bundan əvvəl Deqtyarskın keçmiş meri və onun müavinlərinə qarşı cinayət işi açılıb.

İlya Xisamov bir vaxtlar deputat, anası isə Şəhər Dumasının sədri olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью