Keçmiş dostlar düşmən oldular Trampla Mask arasında gərginlik

05.06.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Tramp və İlon Mask arasındakı dostluq münasibətləri hər iki tərəfin sərt bəyanatları ilə zədələnib.

Metbuat.az xəbər verir ki, Mask bildirib ki, o olmasaydı, Tramp seçkiləri uduzardı. İlon Mask paylaşımlarda Trampı tənqid edib. O, Trampın büdcə nizam-intizamı və borc tavanı ilə bağlı xəbərdarlıqlarını ehtiva edən illər öncəki köhnə tvitlərini paylaşıb. Tramp isə İlon Maskın onu incitdiyini ifadə edib.

Tramp, Maskın qəzəbinin elektrikli avtomobillər üçün hökumətin təşviqlərinin azaldılması və Maskın təklif etdiyi nümayəndənin NASA prezidenti təyin edilməməsi ilə əlaqədar olduğunu ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью