Keçmiş əri İlham idman məktəbi direktorunun boğazını kəsdi

24.05.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə vətəndaşı Rusiyanın Kazan şəhərində keçmiş arvadı, "İlham" idman məktəbinin direktorunu öldürüb. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı Yelena bir müddət əvvəl əcnəbi ərindən boşanıb. 

Türkiyəli oğullarının 3 yaşı tamam olan gün qanlı qətliam törədib. O, keçmiş sevgilisinin boğazını kəsərək onu vəhşicəsinə öldürüb, azyaşlı uşağı isə bıçaqlayıb. Körpə xilas edilərək xəstəxanaya yerləşdirilib. 

Etdiklərindən sonra türkiyəli yaralı oğlunu özü həkimlərə təhvil verib. 

Qadının meyitinin hələ də mənzildə qaldığı deyilir. Türkiyəli intihar edəcəyi ilə hədələyərək aidiyyəti orqanların yaxınlaşmasına imkan vermir. 

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью